Parlamentdə ehtiyac meyarı anlayışının büdcədən çıxarılması təklif olunub  

Vahid Əhmədov, Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

© APA | Vahid Əhmədov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

# 16 noyabr 2021 16:17 (UTC +04:00)

“Baş nazirdən xahiş edirik ki, büdcədən ehtiyac meyarı anlayışı 2023-cü ildə çıxarılsın və yaşayış minimumu anlayışı qalsın”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
Deputat bildirib ki, İqtisadiyyat Nazirliyi tərəfindən aparılan diversifikasiya proqramı Azərbaycanda qeyri-neft sektorunun inkişafına səbəb olub: “Müsbət məqamlarla yanaşı, bəzi problemli sahələri də diqqətə çatdırmaq istəyirəm. Bizdə qəbul edilən 5 milli prioritet siyahısında kənd təsərrüfatı sahəsi də var. Prezident İlham Əliyev ərzaq təhlükəsizliyi ilə bağlı müvafiq tapşırıqlar verib. Biz kənardan çox sayda ərzaq məhsulları idxal edirik, bu da qiymət artımında müəyyən paya səbəb olur. Eyni zamanda Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının qiymətləri yüksəkdir. İki məsələni həll etməliyik. Birincisi, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara aşağı faizlə kreditlər verməliyik. İkincisi, kreditlərlə bağlı girov məsələsini aradan qaldırmalıyıq. Baş nazirdən xahiş edirəm ki, Rəqabət Məcəlləsinin də Milli Məclisə göndərilməsini təmin etsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR