Parlamentin komitə sədri: “İl ərzində bələdiyyələr mədən vergiləri üzrə 1 milyon 700 min manat toplayır”

Siyavuş Novruzov, Milli Məclisin Regional məsələlər komitəsinin sədri

© APA | Siyavuş Novruzov, Milli Məclisin Regional məsələlər komitəsinin sədri

# 24 noyabr 2021 11:36 (UTC +04:00)

“İl ərzində bütün bələdiyyələr mədən vergiləri üzrə 1 milyon 700 min manat toplayır”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında ““Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, aidiyyəti qurum da təminat verir ki, həmin məbləği bələdiyyələr yığmasa belə, bələdiyyələrin ehtiyacı olduğu təqdirdə onlara veriləcək: “Ehtiyac yaranarsa, bələdiyyələrə əlavə vəsaitin ayrılması da nəzərdə tutulur. Bələdiyyələrə dövlət tərəfindən kifayət qədər dəstək göstərilir. Bu vergi yığmaq səlahiyyətinin bələdiyyədən alınması onların fəaliyyətinə elə böyük təsir etməyəcək”.
Qeyd edək ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, yerli əhəmiyyətli tikinti materialları bələdiyyə vergilərinin vergitutma obyekti siyahısından çıxarılır. Yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisi dövlət vergilərinə aid ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR