Qarabağ Dirçəliş Fondunda yüz milyonlarla manat məbləğində vəsait toplanılıb

Rəhman Hacıyev

© APA | Rəhman Hacıyev

# 15 noyabr 2021 13:14 (UTC +04:00)

Qarabağ Dirçəliş Fondunda yüz milyonlarla manat məbləğində vəsait toplanılıb.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (IBF) çıxış edən Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib.

Onun sözlərinə görə, Fond həmin vəsaitləri səmərəli şəkildə idarə etməyə çalışır.

"Artıq bu il üçün nəzərdə tutulan Fondun bütün xərcləri, layihələr daxil olmaqla, bu vəsaitlərin idarə olunması nəticəsində əldə olunan mənfəət hesabına ödəniləcək. Hazırda bizim vəsaitlərin əksər hissəsi ianələr hesabına formalaşır, amma burada sözsüz ki, digər mənbələr də ola biləcək, qrantlar və sairə", - deyə R. Hacıyev qeyd edib.

O həmçinin əlavə edib ki, Fondun fəaliyyətinin şəffaflığını təmin etmək məqsədilə hazırda dünyanın dörd aparıcı audit şirkətindən təkliflər alınıb.

"Yaxın həftələrdə biz beynəlxalq auditor təyin edəcəyik ki, o da hər ilin sonunda bizim illik hesabatımızın auditdən keçirməyə köməklik göstərəcək", - deyə R. Hacıyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR