Qazaxıstandan Azərbaycana pul köçürmələri artıb

Qazaxıstandan Azərbaycana pul köçürmələri artıb
# 18 may 2021 12:24 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Qazaxıstandan Azərbaycana 8,1 min tranzaksiya üzrə 3 738,6 mln. Qazaxıstan tengesi (14,954 mln. manat) məbləğində pul köçürmələri həyata keçirilib.

"APA-Economics"in Qazaxıstan Milli Bankının məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% artıb. Təkcə mart ayında Qazaxıstandan Azərbaycana 3,1 min tranzaksiya üzrə 1 230 mln tenge (4,92 mln. manat) pul baratları göndərilib ki, bu da fevral ayı ilə müqayisədə 5,4% az, ötən ilin mart ayı ilə müqayisədə isə 31,3% çoxdur.

Qeyd edək ki, 2020-ci ildə Qazaxıstandan Azərbaycana 41 min tranzaksiya üzrə 14 283,4 mln. tenge (57,134 mln. manat) həcmində pul transfert olunub, bu da 2019-cu illə müqayisədə 0,3% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR