Qazaxıstandan Azərbaycana pul köçürmələrinin həcmi artıb

Qazaxıstandan Azərbaycana pul köçürmələrinin həcmi artıb
# 08 sentyabr 2021 13:40 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Qazaxıstandan Azərbaycana 19,5 min tranzaksiya çərçivəsində 8,582 mln. Qazaxıstan tengəsi (34,326 mln. manat) məbləğində pul köçürmələri həyata keçirilib.

"APA-Economics"in Qazaxıstan Milli Bankının məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% artıb. Qazaxıstandan Azərbaycana yanvar-iyul aylarında həyata keçirilən pul transferlərinin Qazaxıstandan ümumi pul göndərişlərinin 1,6%-ni təşkil edib. Bu, illik müqayisədə 0,4 faiz bəndi azdır.

Təkcə iyul ayında Qazaxıstandan Azərbaycana 3 min tranzaksiya çərçivəsində 1,198 mln. tengə (4,791 mln. manat) həcmində pul baratları göndərilib ki, bu da iyun ayı ilə müqayisədə 13,4%, ötən ilin eyni ayı ilə müqayisədə isə 0,3% azdır. Təkcə iyul ayında ölkədən Azərbaycana pul transferləri xaricə ümumi pul köçürmələrinin 1,3%-ni təşkil edib ki, bu da aylıq müqayisədə dəyişməsə də, illik müqayisədə 0,5 faiz bəndi azdır.

Qeyd edək ki, 2020-ci ildə Qazaxıstandan Azərbaycana 41 min tranzaksiya üzrə 14 283,4 mln. tengə (57,134 mln. manat) həcmində pul transfert olunub ki, bu da 2019-cu il ilə müqayisədə 0,3% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR