Qazaxıstandan Azərbaycana pulköçürmələrin həcmi yanvar-mayda 14 mln. dollar olub

Qazaxıstandan Azərbaycana pulköçürmələrin həcmi yanvar-mayda 14 mln. dollar olub
# 08 iyul 2021 12:05 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Qazaxıstandan Azərbaycana təcili pulköçürmə sistemləri ilə fiziki şəxslər tərəfindən göndərilən vəsaitin həcmi açıqlanıb.

"APA-Economics"in Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, hesabat dövründə Qazaxıstandan Azərbaycana 6 mlrd. tenge (təxminən 14 mln. ABŞ dolları) məbləğində vəsait göndərilib. Təkcə may ayında Qazaxıstandan Azərbaycana həyata keçirilən pul köçürmələrinin həcmi 1,1 mlrd. tenge (2,6 mln. dollar) olub.

Xatırladaq ki, 2020-ci ildə Qazaxıstandan Azərbaycana 41 min tranzaksiya üzrə 14 283,4 mln. tenge (33,3 mln. dollar) həcmində pul transfert olunub, bu da 2019-cu illə müqayisədə 0,3% azdır.

Yanvar-mayda Qazaxıstana ən çox Rusiyadan pul köçürülüb – 23,4 mlrd. tenge (55 mln. dollar), Qazaxıstandan isə ən çox pul baratları Özbəkistana göndərilib – 78,1 mlrd. tenge (182 mln. dollar).

Ümumiyyətlə, cari ilin yanvar-may aylarında Qazaxıstandan xaricə təcili pulköçürmə sistemləri ilə fiziki şəxslər tərəfindən göndərilən vəsaitin həcmi 349 mlrd. tenge (813 mln. dollar) təşkil edib ki, bu da illik ifadədə 57,3% çoxdur.

Qazaxıstana göndərilən pul baratlarının həcmi isə ötən ilin yanvar-may ayları müqayisədə 11,4% artaraq 112,8 mlrd. tenge (263 mln. manat) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR