Qeyri-neft sektorunun dövlət büdcəsinə vergi daxilolmaları 10%-dən çox artıb

Qeyri-neft sektorunun dövlət büdcəsinə vergi daxilolmaları 10%-dən çox artıb
# 21 oktyabr 2021 10:22 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri və maliyyələşdirmə əməliyyatları üzrə daxilolmaları 18 947,9 mln. manat təşkil etməklə, 17 711,9 mln. manat xərclərindən 1 236 mln. manat artıq olub.

"APA-Economics"in məlumatına görə, dövlət büdcəsinin gəlirləri 18 818,5 mln. manat proqnoza qarşı 17 871,6 mln. manat və ya 95% icra olunub.

Cari ilin doqquz ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6 354,4 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 1 066,7 mln. manat və ya 20,2%, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 681,6 mln. manat və ya 12% çoxdur. Həmin vəsaitin 73,9%-i və yaxud 4 692,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 442,8 mln. manat və ya 10,4% çox olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR