Qlobal IPO-ların həcmi əvvəlki rekordu yeniləyərək 600 mlrd. dolları keçib

Qlobal IPO-ların həcmi əvvəlki rekordu yeniləyərək 600 mlrd. dolları keçib
# 22 noyabr 2021 17:38 (UTC +04:00)

Bu il dünyada çoxlu sayda saxta şirkətlərin yaranması və yüksək yerləşdirmə qiymətləri fonunda IPO-ların (Initial Public Offering – şirkətin səhmlərinin tənzimlənən bazara ilkin kütləvi yerləşdirilməsi) ümumi həcmi əvvəlki rekordu ötüb.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, ilin əvvəlindən təxminən 2,85 min şirkət və SPAC (Special-purpose acquisition company – məqsədli birləşmə və satınalmalar üçün ixtisaslaşmış şirkət) IPO həyata keçirib ki, onların ümumi həcmi 600 mlrd. ABŞ dollarını ötüb.

Həm əməliyyatların sayında, həm də daxil olan vəsaitlərin həcmində rekord qeydə alınıb. Əvvəlki rekordlar 2007-ci ildə olub.

Lider bu ay Nyu-Yorkda təxminən 12 mlrd. dollarlıq IPO keçirən ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Rivian Automotive Inc" şirkəti olub.

Asiyada ən böyük IPO-nu "China Telecom (SPB: CHA) Corp." şirkəti (54 mlrd. yuan – 8,4 mlrd. dollar), Avropada isə Polşanın "InPost SA" şirkəti (2,8 mlrd avro) olub.

Qeyd edək ki, qlobal iqtisadiyyatın bərpası stimullaşdırıcı tədbirlərlə birlikdə şirkətlərin mənfəəti artırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR