Qüdrət Həsənquliyev regionlara investisiya qoyan şirkətlərin 5 il bütün vergilərdən azad olunmasını təklif edib

Qüdrət Həsənquliyev

© APA | Qüdrət Həsənquliyev

# 23 noyabr 2021 12:41 (UTC +04:00)

“Regionlara investisiya qoyan şirkətləri 5 il müddətinə bütün vergilərdən azad etməyi təklif edirəm”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, Azərbaycanda dövlət şirkətlərinin vergidən yayınmaq üçün xərcləri şişirtdiyini hamı bilir: “Bunun qarşısı alınmalıdır. Belə olduğu təqdirdə büdcə vəsaitlərindən də kifayət qədər yaxşı istifadə ediləcək. Məcburi köçkünlər içərisində çox zəngin insanlar var. Onlara imkan yaradılmalıdır ki, işğaldan azad edilmiş yerlərdə öz evini tiksin. Qarabağın bərpasına bütün xalq cəlb edilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR