"Rabita Mobile ilə ödə və qazan" lotereyasının ikinci tirajına az qalıb

"Rabita Mobile ilə ödə və qazan" lotereyasının ikinci tirajına az qalıb
# 29 sentyabr 2021 10:29 (UTC +04:00)

"Rabitəbank"ın mobil tətbiq istifadəçiləri üçün keçirdiyi lotereya davam edir. "Rabita Mobile" tətbiqində kredit ödənişi həyata keçirməklə və ya hesabınıza mədaxil etməklə bir-birindən dəyərli hədiyyələrdən birinə sahib ola bilərsiniz.

Lotereyada iştirak hüququ əldə etmək üçün tətbiqdə "Rabitəbank"a məxsus və ya digər bank kartları ilə minimum 50 AZN dəyərində kredit ödənişi həyata keçirmək və ya mövcud hesabınıza digər bank kartları ilə minimum 50 AZN dəyərində mədaxil etmək lazımdır. Hər iki əməliyyat tamamilə komissiyasızdır. Hər 50 AZN-lik ödəniş 1 şansa bərabərdir (məsələn, 200 AZN = 4 şans) və daha çox ödəniş hədiyyəyə sahib olmaq şansını yüksəldir. Tiraj müddəti boyunca hər iştirakçı maksimum 50 şansla iştirak edə bilər. Lotereya 2 avqust tarixindən start götürüb və artıq bir tiraj həyata keçirilib.



İkinci tirajın tarixi 4 oktyabrdır və Bankın rəsmi Feysbuk səhifəsində canlı yayımla qaliblərin seçimi baş tutacaq. Qaliblər xüsusi lisenziyalı kompüter proqram təminatı ilə təsadüfi olmaqla seçiləcəklər. Xatırladaq ki, 6 qalib "iPhone 12", "Samsung Note 20", 2 ədəd "AirPods Pro", 2 ədəd "Apple watch 6" hədiyyələrindən birinə sahib olacaq.

Siz də "Rabita Mobile" ilə ödəyin və qazanın! "Rabita Mobile" tətbiqini həm "App Store, həm də "Play Market"dən yükləyə bilərsiniz - http://rbt.az/rbm.

Ətraflı məlumat üçün www.rabitabank.com saytını ziyarət edə və ya 133 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR