"Rabitəbank"da yeni təyinat olub

"Rabitəbank"da yeni təyinat olub
# 18 iyun 2021 09:53 (UTC +04:00)

"Rabitəbank" müştərilərə göstərilən xidmət səviyyəsinin artırılmasına yönəlmiş daha bir addım atıb. Bankın təsdiq edilmiş strateji planına uyğun olaraq bankda yeni Xidmət Keyfiyyətinə Nəzarət Departamenti yaradılıb. Sözügedən departamentə direktor vəzifəsinə bu sahədə zəngin təcrübəyə malik Şəmi Əliyev təyin olunub.

Şəmi Əliyev 2008-2011-ci illər ərzində "Texas A&M University"də (ABŞ) MBA üzrə təhsil alıb. Ardınca "International Bank of Commerce"də (San-Antonio) "fraud analyst", daha sonra isə "JP Morgan Chase" bankında risk əməliyyatları üzrə mütəxəssis kimi çalışıb. "Dəmir Bank", "Expressbank" və "Yelo Bank"da xidmət keyfiyyətinin yaxşılaşdırılması, proseslərin optimallaşdırılması və müştəri təcrübəsinin öyrənilməsi istiqamətində rəhbər vəzifələrdə çalışıb.

Şəmi Əliyev xaricdə topladığı peşəkar bilik və təcrübəsini ölkənin bir neçə qabaqcıl bankında uğurla tətbiq edib.

İnanırıq ki, Şəmi Əliyev və onun komandası "Rabitəbank" ilə müştərilər arasında olan rabitəni daha da gücləndirəcək.

Keyfiyyətli xidmət almaq hər bir müştərinin haqqıdır və "Rabitəbank" sizə məhz bu cür xidmət edir.

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR