Regionlarda fiziki şəxslərin torpaq və sahələrin satışı üzrə vergi yükü azaldıla bilər

Regionlarda fiziki şəxslərin torpaq və sahələrin satışı üzrə vergi yükü azaldıla bilər
# 24 noyabr 2021 10:31 (UTC +04:00)

Azərbaycanda fiziki şəxslər tərəfindən regionlarda yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin satışı üzrə vergi yükünün azaldılması təklif olunur.

Dövlət Vergi Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, qeyd olunan məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əks olunub.

Məlum olduğu kimi, fiziki şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələri, habelə torpaq sahəsi satılarkən həmin daşınmaz əmlakın sahəsinin hər kvadratmetrinə verginin baza məbləği binalar üzrə 15 manat, torpaq sahələri üzrə (kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla) isə 0,5 manat olmaqla daşınmaz əmlakın yerləşdiyi zonadan asılı olaraq müvafiq əmsallar tətbiq edilməklə vergi öhdəliyi hesablanır.

"Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsinə əsasən, ucqar yerlərdə yaşayan vətəndaşların bu əməliyyatları üzrə vergi öhdəliyini azaltmaq məqsədilə həmin zonalar üzrə verginin baza məbləğinə tətbiq edilən zona əmsalı 0,5-dən 0,3-ə endirilməsi nəzərdə tutulur ki, bununla da regionlarda fiziki şəxslərin mülkiyyətində olan torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə ödəmə mənbəyindən tutulan sadələşdirilmiş verginin məbləği azalacaq", - Dövlət Xidmətindən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR