Romanovlar evinin zinət əşyaları hərracda satılıb

Romanovlar evinin zinət əşyaları hərracda satılıb
# 11 noyabr 2021 12:18 (UTC +04:00)

"Sotheby's" hərrac evinin Cenevrədəki "Möhtəşəm zərgərlik və soylu zinət əşyaları" adlı hərracının əsas lotu inqilab ərəfəsində Rusiyadan gizli şəkildə çıxarılmış Romanovlar evinin zinət əşyaları olub.

"APA-Economics"in "Sotheby's"ə istinadən verdiyi məlumata görə, 1917-ci ilin Oktyabr İnqilabı ərəfəsində Rusiyadan gizli olaraq çıxarılan sapfir və brilyantdan ibarət bir dəst broş və bir cüt sırğa hərracda 877 min ABŞ dollarına satılıb. İlkin olaraq, lot 300-500 min dollar civarında qiymətləndirilirdi.

Xatırladaq ki, hərraca çıxarılan broş və sırğaların İmperator II Nikolayın xalası knyaginya Mariya Pavlovnaya aid olduğu bildirilir. O, sözügedən zinət əşyalarını Londona çatdırmaq üçün ingilis antikvarı Albert Henri Stopforda təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR