"Royalbank"ın kreditorlarının tələblərinin növbəti ödənişinə başlanılır

"Royalbank"ın kreditorlarının tələblərinin növbəti ödənişinə başlanılır
# 21 sentyabr 2021 12:43 (UTC +04:00)

Ləğv prosesində olan "Royalbank" ASC-nin növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 21 sentyabr 2021-ci il tarixdən etibarən başlayacaq.

Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən məlumata görə, tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

Kreditorlar tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd edə bilərlər.

Əlavə məlumatı həm qeyd olunan ünvandan, həm də (012) 941 qaynar xətt vasitəsilə əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR