Rusiya Bankı uçot dərəcəsini 7,5%-dək artırıb

Rusiya Bankı uçot dərəcəsini 7,5%-dək artırıb
# 22 oktyabr 2021 15:19 (UTC +04:00)

Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) Direktorlar Şurası bu gün keçirilən iclasda uçot faiz dərəcəsini 6,75%-dən 7,5%-ə artırılması ilə bağlı qərar qəbul edib. Bu, cari il ərzində ardıcıl olaraq altıncı artımdır.

"APA-Economics" xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının məlumatında deyilir.

Rusiya Bankının proqnozuna əsasən, faiz artımından sonra onun orta səviyyəsinin oktyabrın 23-dən ilin sonunadək 7,5-7,7% səviyyəsində, gələn il isə 7,3-8,3% diapazonunda olacağı gözlənilir.

"2021-ci il yanvarın 1-dən oktyabrın 24-dək orta uçot dərəcənin 5,3% olcağaını nəzərə alaraq, 25 oktyabrdan cari ilin sonunadək onun 7,5-7,7% diapazonunda olacağı proqnozlaşdırılır", - bakın məlumatında deyilir.

Nəticədə, cari ilin sonuna uçot dərəcəsinin ortaillik göstəricisi 5,7-5,8% təşkil edəcək.

Eyni zamanda, Rusiya Bankı 2022-ci ildə orta uçot dərəcəsi üzrə gözləntiləri 5-6%-dən 7,3-8,3%-ə, 2023-cü ildə 5,3-6,3%-dən 5,5-6,5%-ə yüksəldib, 2024-cü ildə isə proqnozu sabit saxlayıb – 5-6% səviyyəsində.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR