Rusiya ilə Azərbaycan arasında ticarətin həcmi pandemiyadan əvvəlki səviyyəyə qayıdıb

Rusiya ilə Azərbaycan arasında ticarətin həcmi pandemiyadan əvvəlki səviyyəyə qayıdıb
# 17 noyabr 2021 12:07 (UTC +04:00)

Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi pandemiyadan əvvəlki səviyyəyə qayıdıb və ilin sonuna 3 mlrd. ABŞ dollarına çatacaq.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bubu Rusiyanını Azərbaycandakı səfiri Mixail Boçarnikov Rusiya şirkətlərinin Azərbaycandakı biznes missiyasının açılışında çıxış edərkən deyib.

"Xarici ticarətdə biz artıq 2019-cu ilin pandemiyadan əvvəlki səviyyəsinə çatmışıq və bu il iki ölkə arasında ticarət dövriyyəsi 3 mlrd. dollar səviyyəsində olacaq", - deyə Rusiya diplomatik missiyasının rəhbəri bildirib.

Boçarnikovun sözlərinə görə, mühüm amil ticarətin əsasən qeyri-neft sektorunun mövqelərində həyata keçirilməsidir: "Bu, müxtəlif qarşılıqlı fəaliyyət üçün kifayət qədər geniş imkanlar yaradır".

Səfir onu da vurğulayıb ki, hazırda Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı imkanlarının təkmilləşdirilməsinə böyük önəm verilir.

"Baxmayaraq ki, əvvəllər əsas diqqət avtomobil nəqliyyatına yönəldilmişdi, son illərdə kənd təsərrüfatı məhsullarının tədarükünə dəmir yolu nəqliyyatının cəlb edilməsi daha da güclənib. Bizim nəqliyyat sistemlərimiz fəallaşır və burada biznes imkanlarına getdikcə müsbət təsir göstərir", - Boçarnikov qeyd edib.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2,195 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 245,536 mln. dollar və ya 10,1% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR