Sahil Babayev: “DSMF-nin büdcəsinin 80-%-i sosial sığorta haqları hesabına formalaşacaq”

Sahil Babayev, əmək və əhalinin sosial müdafiəsi naziri 

© APA | Sahil Babayev, əmək və əhalinin sosial müdafiəsi naziri 

# 10 noyabr 2021 12:15 (UTC +04:00)

“İcmal büdcənin tərkib hissəsi kimi Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələri Milli Məclisə təqdim olunub”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Sədr bildirib ki, məcburi dövlət sosial sığorta haqları üzrə növbəti ildə çox böyük artım gözlənilir: “Bunun həcmi 18 % qədərdir. Bundan irəli gələrək dövlət öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait azaldılır. DSMF-nin büdcəsinin 80-%-i sosial sığorta haqlarının yığımı hesabına formalaşacaq. Sosial sığorta haqlarının artmasında İqtisadiyyat Nazirliyi, vergi orqanları və digər bizim qurumlarımızın əlaqələndirilmiş işinin çox ciddi payı olub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR