Salvador "Bitcoin"i rəsmi ödəniş vasitəsi elan edən ilk ölkə oldu

Salvador "Bitcoin"i rəsmi ödəniş vasitəsi elan edən ilk ölkə oldu
# 07 sentyabr 2021 16:40 (UTC +04:00)

Salvador "Bitcoin" kriptovalyutasını rəsmi ödəniş vasitəsi kimi tanıyan dünyanın ilk ölkəsi oldu.

"APA-Economics"in "The Wall Street Journal"a istinadən verdiyi məlumata görə, bu gündən etibarən Salvador sakinləri bir fincan qəhvə almaq və ya xidmətlərin ödənilməsi üçün kriptovalyutadan istifadə edə biləcəklər. Əlavə olaraq, əhali "Bitcoin"lə vergi ödənişlərini həyata keçirib, ipoteka kreditlərini ödəyə biləcək.

Salvadorun Prezidenti Nayib Bukelenin administrasiyası "Bitcoin"i stimullaşdırmaq üçün 225 mln. ABŞ dollarından çox vəsait xərcləyəcək. Xüsusilə, hökumət ölkə sakinlərinə "Bitcoin" və ABŞ dolları ilə ödəmələr üçün istifadə edilə bilən rəsmi "Chivo" kriptovalyutası cüzdanını quraşdırılması üçün 30 dollarlıq "Bitcoin" köçürməyi vəd edib.

Hökumət sakinlər üçün kriptovalyutanın alışı üçün ölkə ərazisində 200 bankomatdan ibarət şəbəkə qurmaq niyyətindədir.

Salvador hökuməti "Bitcoin"in geniş yayılmasının nağd pulun daha çox qəbul edildiyi bir ölkədə əlverişli maliyyə xidmətləri yaradacağına inanır. Yerli müəssisələr də mal və xidmətlərin ödənilməsi variantlarını genişləndirdiyindən və mobil tətbiqdən istifadə edərək bank ödənişlərindən qurtulduğu üçün bu təşəbbüsü dəstəkləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR