Samir Şərifov: “Azərbaycanda illərdir, məzənnə siyasəti qorunur”

Samir Şərifov: “Azərbaycanda illərdir, məzənnə siyasəti qorunur”
# 11 noyabr 2021 13:47 (UTC +04:00)

“Azərbaycanda illərdir ki, məzənnə siyasəti qorunub”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrin və İntizam komissiyasının birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib. Maliyyə naziri deyib ki, manatın məzənnəsi büdcədə də əksini tapıb.

Maliyyə naziri deyib ki, Azərbaycan qalib dövlət kimi daha yaxşı yaşamaq hüququ qazanıb: “Amma biz böyük müharibədən çıxmışıq. Azad edilən torpaqlarda vəziyyətlə hamımız tanışıq, nə qədər işlərin görülməsinə ehtiyac olduğunu bilirik. Vaxtilə didərgin düşmüş soydaşlarımızın o torpaqlara qayıtması onların həyatını dəyişdirəcək, onlar daha yaxşı yaşamaq imkanı qazanacaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR