Samir Şərifov Bakıda torpaq sürüşmələrinin əsas səbəbini açıqlayıb

Samir Şərifov Bakıda torpaq sürüşmələrinin əsas səbəbini açıqlayıb
# 11 noyabr 2021 16:40 (UTC +04:00)

“Bakı şəhərində torpaq sürüşmələri ilə bağlı problemlər var”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bunun əsas səbəblərindən biri qanunsuz tikililərlə bağlıdır: “Qanunsuz tikililərin kanalizasiyalara qoşulması və s. işlər həyata keçirilmir. Qoşulsa belə, bu, hansısa qanun pozuntusu hesabına baş verir. Hökumət qanunsuz fəaliyyət nəticəsində sonradan kifayət qədər böyük xərclərə getməyə məcbur olur ki, bu adamlar başqa yerlərə köçürülə bilsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR