Samir Şərifov: “İlin sonuna kimi postpandemiyadan əvvəlki ÜDM-ə qayıtmağımız nəzərdə tutulur”

Samir Şərifov

© APA | Samir Şərifov

# 10 noyabr 2021 15:04 (UTC +04:00)

“Növbəti ildə dövlət büdcəsində xidmət xərclərimiz azalır. Biz xərclərimizi 400 milyon manat azaldırıq. Digər tərəfdən, dövlət borcumuza baxsanız, müşahidə etməlisiniz ki, digər dövlətlərlə müqayisədə Azərbaycanda dövlət borcu xərcləri də azalır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, dünya miqyasında qlobal borclanma ÜDM-nin 100 %-i həcminə çatıb: “İnkişaf etmiş ölkələr tərəfindən çox iri həcmli borclanmalar həyata keçirilir. Onların qarşısında əsas məsələ borclanma tsiklindən normala tsiklə necə qayıdacaqları ilə bağlı problemdir. Amma biz daxili borcdan əldə edilmiş vəsaitləri borcun təkrar maliyyələşdirməsinə yönəltmişik. Beləliklə, 2018-ci ildə qəbul edilən dövlət borcunun qaytarılması strategiyasına uyğun olaraq dövlət borcunun strukturunu da dəyişirik. Bunun hesabına xarici dövlət borcu azalır, daxili dövlət borcunun xüsusi çəkisi isə artır. İlin sonuna kimi bizim postpandemiyadan əvvəlki ÜDM-ə qayıtmağımız nəzərdə tutulub. Daxili və xarici dövlət borcumuzun ÜDM-ə nisbəti 20,8 % təşkil edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR