Samir Şərifov: “İpoteka Kredit Fondunda kifayət qədər vəsait var” 

Samir Şərifov: “İpoteka Kredit Fondunda kifayət qədər vəsait var” 
# 23 noyabr 2021 16:15 (UTC +04:00)

“Güzəştli ipoteka üçün dövlət büdcəsindən ayrılan vəsait artırılıb”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (ikinci oxunuş) qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, Fondda bu illər ərzində 640 milyon manat portfel formalaşıb: “İpoteka Kredit Fondunda kifayət qədər vəsait var. Başqa dövlətlərdə bu Fondların fəaliyyəti başqa cür qurulur, onlar daxili istiqrazlar buraxırlar. Ölkəmizdə faiz dərəcələrinin hələ də kifayət qədər yüksək olduğunu nəzərə alaraq, həmin Fond tərəfindən istiqrazların buraxılmasından əldə edilən vəsait üzrə faiz dərəcələri dövlət büdcəsindən verilən vəsaitlə müqayisədə kifayət qədər yüksəkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR