"Saudi Aramco" 6 mlrd. dollarlıq "islam istiqrazları"nın yerləşdirilməsinə hazırlaşır

"Saudi Aramco" 6 mlrd. dollarlıq "islam istiqrazları"nın yerləşdirilməsinə hazırlaşır
# 10 iyun 2021 10:19 (UTC +04:00)

Səudiyyə Ərəbistanının "Saudi Aramco" milli neft şirkəti dəyəri 6 mlrd. ABŞ dolları olan "islam istiqrazları"nın (Sukuk) yerləşdirilməsinə hazırlaşır.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, 75 mlrd. dollar həcmində dividendlərin maliyyələşdirilməsinə kömək etmək üçün yerləşdiriləcək istiqrazlar üç tranşdan ibarət olacaq və tədavül müddəti müvafiq olaraq 3, 5 və 10 il təşkil edir. Sukuk sövdələşməsinə investorlar tərəfindən tələbat həmişəki kimi yüksək olub – 60 mlrd. dollardan çox.

Qeyd edək ki, "Fitch Ratings" agentliyi "Saudi Aramco"nun Sukuk emissiya proqramına "A1" reytinqi təyin etsə də, reytinq üzrə proqnozu Səudiyyə Ərəbistanının və neft şirkətinin "mənfi" proqnozlarına uyğun olaraq "mənfi" müəyyənləşdirib. Agentlik bildirib ki, "Moody's"in fikrincə, şirkət illik 75 mlrd. dollar həcmində dividendin ödənilməsini öhdəsinə götürsə də, bu, neftin qiymətinin 60 dollardan aşağı düşüb, həmin səviyyədə qalarsa, dayanıqlı deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR