SİF: İnvestisiya layihələrinin maliyyələşdirilməsinə bu il 61 mln. manatadək güzəştli kredit verilib

SİF: İnvestisiya layihələrinin maliyyələşdirilməsinə bu il 61 mln. manatadək güzəştli kredit verilib
# 13 oktyabr 2021 13:42 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində 1 152 investisiya layihəsinin maliyyələşdirilməsinə 60,9 mln. manat güzəştli kredit verilib.

Sahibkarlığın İnkişafı Fondundan (SİF) “APA-Economics”ə verilən məlumata görə, verilən kreditlər hesabına investisiya layihələri üzrə 1 796 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edilən dövr ərzində kreditlərin layihə sayı üzrə 99,7%-i, kreditin məbləği üzrə 92%-i mikro, kiçik və orta sahibkarlıq (KOB) subyektlərinə verilib.

İqtisadiyyatın sahələri üzrə verilən kreditlərin layihə sayı üzrə 94,4%-i kənd təsərrüfatı məhsulları istehsalının payına, kreditin məbləğinə görə verilən kreditlərin 83%-i kənd təsərrüfatı məhsullarının istehsalı və sənaye məhsullarının istehsalı və emalının payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR