SOCAR-ın ARDNF-ə yerdəqalan borcu açıqlanıb

SOCAR-ın ARDNF-ə yerdəqalan borcu açıqlanıb
# 06 dekabr 2021 14:49 (UTC +04:00)

2007-2008-ci illərdə xam neftin satışından yaranan qiymət fərqi üzrə Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) SOCAR tərəfindən ödəniləcək yerdəqalan borc 101,582 mln. ABŞ dolları təşkil edir.

"APA-Economics"in məlumatına görə, bu barədə ARDNF-nin 2020-ci il büdcəsinin icrasına dair Hesablama Palatasının verdiyi rəydə deyilir. Bildirilir ki, 30 sentyabr tarixinə, ARDNF-yə 48,378 mln. dollar artıq ödənilib.

Bundan əlavə rəydə qeyd edilir ki, SOCAR tərəfindən Azərbaycan Qaz Təchizatı Şirkətinə (AQTŞ) yaranmış borcu ilə əlaqədar 2020-ci ilin sonuna kimi Azərbaycan Respublikasının payına düşən 1,135 mlrd. dollar məbləğində borc və cari il ərzində 30.09.2021 il tarixinə kimi yaran və 62,427 mln. dolları təşkil edən borc ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR