SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişi həyata keçirilib

SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişi həyata keçirilib
# 17 iyul 2021 10:52 (UTC +04:00)

Nominal qiyməti 1 000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının 1,250 mln. dollarlıq növbəti faiz ödənişi 17 iyul tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.

“SOCAR Capital” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, 5 ilə yaxındır ki, yerli fond bazarında ən çox müraciət olunan qiymətli kağıza çevrilmiş SOCAR İstiqrazları 2021-ci ilin üçüncü, ümumilikdə isə, 19-cu faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1,25 mln. dollar gəlir gətirib. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 23,750 min dollara yüksəlmiş oldu (toplam gəlir 25 mln. dollar olacaq.)

Təkrar bazar əməliyyatları həcminin 200 mln. dolları ötməsi, bağlanmış əqd sayının 2 500-ə çatması və Bakı Fond Birjasında ən çox tədavül olunan korporativ maliyyə alətinə çevrilməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatdan xəbər verir.

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazları, 2021-ci ilin ilk yarısında bağlanmış əqdlərin sayına görə ölkənin korporativ istiqraz bazarında 73%-lik paya sahib olub.

SOCAR İstiqrazlarının növbəti və sonuncu kupon ödənişi cari ilin 17 oktyabr tarixindəbaş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR