Soyadın və adın dəyişdirilməsinə görə dövlət rüsumu dəyişir

Soyadın və adın dəyişdirilməsinə görə dövlət rüsumu dəyişir
# 03 dekabr 2021 11:50 (UTC +04:00)

Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün tətbiq edilən dövlət rüsumu dəyişir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, dövlət rüsumu 10 manatdan 15 manata qaldırılıb.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR