"S&P": 2021-2024-cü illərdə regionda ən aşağı ortalama inflyasiya Azərbaycanda olacaq

"S&P": 2021-2024-cü illərdə regionda ən aşağı ortalama inflyasiya Azərbaycanda olacaq
# 12 noyabr 2021 15:42 (UTC +04:00)

"S&P Global Ratings" ("S&P") agentliyinin proqnozlarına görə, 2021-2024-cü illərdə Azərbaycanda istehlakçı qiymətlərinin ortalama artımı 4%-dən az artacaq.

"APA-Economics"in agentliyin Qafqaz və Mərkəzi Asiya üzrə hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə yüksək yanacaq və ərzaq qiymətləri, tədarük zəncirinin pozulması və güclü iqtisadi bərpa nəticəsində yaranan inflyasiya təzyiqləri regionda əksər mərkəzi bankları siyasətlərini sərtləşdirməyə sövq edib. "S&P"yə görə, regionda inflyasiya 2022-ci ildən mülayimləşəcək.

Qeyd edilir ki, "S&P"nin "CCA-6" (Qafqaz və Mərkəzi Asiya-6) adlandırdığı və Azərbaycandan başqa Özbəkistan, Tacikistan, Qazaxıstan, Gürcüstan, Ermənistan, və Rusiyanın daxil olduğu regionda 2021-2024-cü illərdə ən aşağı ortalama inflyasiya Azərbaycanda, ən yüksək inflyasiya isə Özbəkistanda olacaq (ortalama 10%-dən çox).

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında ölkədə ortaillik inflyasiya 5,7%, oktyabr ayında isə illik inflyasiya isə 10% təşkil edib.

Azərbaycan İqtisadiyyat Nazirliyinin son proqnozuna görə, 2021-ci ilin sonuna dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin yüksəlməsi (enerji və qeyri-enerji) və qlobal əmtəə qiymətlərinin artması kimi xərc amillərinin təsiri ilə bu il Azərbaycanda 6% səviyyəsində gözlənilən ortaillik inflyasiya 2022-ci ildə 4%-dək yavaşlayacaq.

Beynəlxalq Valyuta Fondunun son proqnozuna görə, bu il Azərbaycanda istehlak qiymətləri illik 4,4%, 2022-ci ildə isə 3,2% artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR