Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə üçün rüsum tutulacaq

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə üçün rüsum tutulacaq
# 01 noyabr 2021 11:47 (UTC +04:00)

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə verilməsi üçün dövlət rüsumu tutulacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Rüsumun məbləği “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə olacaq.

“Dövlət rüsumu haqqında” qanuna əlavə edilən yeni - 18.70-ci maddəyə əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi üçün 50 manat dövlət rüsumu tutulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR