"Super Mario 64" oyununun kartrici rekord 1,5 mln. dollara satılıb

"Super Mario 64" oyununun kartrici rekord 1,5 mln. dollara satılıb
# 12 iyul 2021 14:37 (UTC +04:00)

"Super Mario 64" kompüter oyununun möhürlənmiş nüsxəsi "Heritage Auctions"da 1,56 mln. ABŞ dollarına satılıb. Bu, video oyunlar üçün rekord sayılır. Bundan əvvəlki rekord 1987-ci ilin oyunu olan "The Legend of Zelda"ya məxsusdur. Belə ki, 2021-ci ilin iyul ayında sözügedən oyununun kartrici 870 min dollara satılıb.

"APA-Economics"in "Kommersant"a istinadən verdiyi məlumata görə, bu, "Super Mario 64"ün dünyada əla vəziyyətdə olan beş möhürlənmiş nüsxəsindən biridir. Kartricin başlanğıc qiyməti 100 min dollar idi.

Xatırladaq ki, "Super Mario 64" 1996-cı ildə buraxılıb və tarixin ən yaxşı oyunlarından biri sayılır. Ənənəvi 2D formatı əvəzinə, oyun sənayesində inqilab sayılan 3D qrafika və sərbəst kamera təqdim olunmuşdu. "Super Mario 64" ayrıca olaraq "Nintendo 64" konsolu üçün ən çox satılan oyun oldu – 11 mln. nüsxədən çox.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR