TMB uçot dərəcəsini 15%-ə endirib

TMB uçot dərəcəsini 15%-ə endirib
# 18 noyabr 2021 15:43 (UTC +04:00)

Türkiyə Mərkəzi Bankı (TMB) lirənin rekord aşağı səviyyələrə düşməsinə və oktyabrda ölkədə illik inflyasiyanın 19,9% olmasına baxmayaraq, bu gün uçot dərəcəsini1 faiz bəndi azaldaraq 15%-dək endirib.

Bu barədə "APA-Economics" TMB-yə istinadən xəbər verir.

Qeyd edək ki, faiz qərarı açıqlandığı zaman dollar 10,55 lirəyə bərabər idi, bir neçə dəqiqə sonra isə lirənin dollara qarşı məzənnəsi 10,80 lirəydək azalıb.

Ötən gecə lirənin dollara qarşı məzənnəsi 5,7% azalaraq yeni antirekord səviyyəyə enib. Nəticədə, 1 dollar 10,98 lirəyə bərabər olub.

Xatırladaq ki, TMB sentyabrdan bəri uçot dərəcəsini 3 faiz bəndi azaldaraq 16%-ə qədər endirib. TMB-nin məlumatına görə, hazırda 1 dollar 10,4180 lirəyə bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR