Türkiyə iqtisadiyyatı II rübdə 21,7% böyüyüb

Türkiyə iqtisadiyyatı II rübdə 21,7% böyüyüb
# 01 sentyabr 2021 12:55 (UTC +04:00)

Türkiyə Statistika Təşkilatı (TÜİK) bu ilin II rübü üzrə ÜDM istehsalının nəticələrini açıqlayıb.

"APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ÜDM istehsalı ilin II rübündə əvvəlki ilin eyni dövrünə nisbətən 21,7% artıb.

İstehsal metoduna görə, hesabat rübündə cari qiymətlərlə ÜDM-in təxminləri keçən ilin eyni rübünə nisbətən 52,4% artaraq 1,581 trln. lirəyə çatıb. II rübdə ÜDM-in həcmi cari qiymətlərlə 188,566 mlrd. ABŞ dolları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR