Ukraynadan Azərbaycana ötən il daxil olan pul baratlarının həcmi açıqlanıb

Ukraynadan Azərbaycana ötən il daxil olan pul baratlarının həcmi açıqlanıb
# 24 may 2021 16:16 (UTC +04:00)

2020-ci ildə Ukraynadan Azərbaycana daxil olan pul baratlarının həcmi 24,86 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"in Ukrayna Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici il ərzində 10,2% azalıb.

Qeyd edək ki, köçürmələrin 92,9%-i (23,1 mln. dollar) beynəlxalq pul köçürmələri sistemləri vasitəsi ilə, qalan 7,1%-i (1,76 mln dollar) isə bank sistemi üzərindən göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR