Van Qoqun "Buğda tayaları" əsəri 35,9 mln. dollara satılıb

"Buğda tayaları"

© APA | "Buğda tayaları"

# 12 noyabr 2021 14:46 (UTC +04:00)

Vinsent Van Qoqun 1888-ci ildə kağız üzərində akvarellə çəkdiyi "Buğda tayaları" rəsm əsəri Nyu-Yorkdakı "Christie's" hərrac evində 35,9 mln. dollara satılıb. İlkin olaraq lot 20-30 mln. dollar civarında qiymətləndirilirdi.

"APA-Economics"in məlumatına görə, bu barədə hərrac evinin açıqlamasında deyilir.

"Van Qoq "Buğda tayaları"nı Fransanın cənubundakı Arledə çəkib. Rəssamın ölümündən sonra rəsm əsəri onun qardaşına miras qalıb. İkinci Dünya Müharibəsi zamanı Fransanın işğalı zamanı tablo nasistlərin əlinə keçib. 1979-cu ildə Texas kolleksiyaçısı Edvin Koks tablonu Nyu-York dileri "Wildenstein & Co. Inc."dan alıb", - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR