Vergi orqanlarının xətti ilə gələn il büdcəyə 8,7 mlrd. manatdan çox vəsait daxil olacaq - CƏDVƏL

Vergi orqanlarının xətti ilə gələn il büdcəyə 8,7 mlrd. manatdan çox vəsait daxil olacaq - CƏDVƏL
# 27 oktyabr 2021 13:10 (UTC +04:00)

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə 2022-ci ildə dövlət büdcəsinə 8,716 mlrd. manat manat vəsait daxil olacağı proqnozlaşdırılır.

"APA-Economics"in Azərbaycan Respublikası 2022-ci il dövlət büdcəsi haqqında Qanununu əsasında apardığı hesablamalarına görə, daxilolmaların əsas hissəsi hüquqi şəxslərin gəlir vergisinin (ümumi vergi daxilolmaların 30,6%-i) və əlavə dəyər vergisinin (ümumi vergi daxilolmaların 27,2%-i) payına düşəcək.

Qeyd edək ki, bundan əvvəl Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında 2022-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 9,138 mlrd. manat daxil olması proqnozlaşdırılırdı.

Xatırladaq ki, 2020-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 7 387 mlrd. manat, 2021-ci ilin ilk doqquz ayında isə 6,354 mlrd. manat daxil olub.

Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar, 2022-ci il

Məbləğ, min manat

Daxilolmalarda payı

Hüquqi şəxslərin gəlir vergisi

2 670 000

30,6%

Əlavə dəyər vergisi

2 368 700

27,2%

Fiziki şəxslərin gəlir vergisi

1 485 000

17%

Aksizlər

1 106 847

12,7%

Dövlət rüsumu

363 500

4,2%

Hüquqi şəxslərin əmlak vergisi

236 045

2,7%

Sadələşdirilmiş vergi

200 000

2,3%

Mədən vergisi

142 023

1,6%

Yol vergisi

76 500

0,9%

Hüquqi şəxslərin torpaq vergisi

46 000

0,5%

Sair daxilolmalar

21 000

0,2%

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR