Veysəloğlu Şirkətlər Qrupu iyul ayı üzrə Pərakəndə İndeksini açıqlayıb®

Veysəloğlu Şirkətlər Qrupu iyul ayı üzrə Pərakəndə İndeksini açıqlayıb®
# 17 avqust 2021 11:07 (UTC +04:00)

Veysəloğlu Şirkətlər Qrupu aylıq təqdim edilən “Veysəloğlu Pərakəndə İndeksi” vasitəsilə məlumatları ictimaiyyətlə açıq paylaşmaqla müştərilərə istehlak səbətlərini planlayan zaman dəstək olmağı hədəfləyir.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, indeks göstəricilərinə Veysəloğlu Şirkətlər Qrupunda istehlak məqsədi ilə məhsul alan bütün müştərilərin ən çox aldığı 4 317 məhsul daxil edilib. Bu siyahıya qısa müddətli istifadəyə yararlı istehlak məhsulları (təzə qida), qida, spirtli və spirtsiz içkilər, həmçinin tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı satış miqdarlarına görə hər kateqoriyaya ağırlıq veririlir. Nəticədə müştərilərin orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.

Veysəloğlu indeksi orta illik qiymət dəyişikliyi tempi

“Veysəloğlu Pərakəndə İndeksi” nə daxil edilən məhsulların qiymətində 2021-ci ilin iyul ayında 2020-ci ilin iyul ayı ilə müqayisədə 4.8% artım müşahidə edilir. Belə ki, 2021-ci il iyul ayında 2020-ci ilin iyul ayı ilə müqayisədə təzə qida məhsullarında 1,2%, qida və spirtsiz içkilərdə 8,2%, alkoqol və tütün məmulatlarında isə 5,5% artım olub.

Kateqoriyalar

12 ay öncə ilə müqayisə

Keçən ay ilə müqayisə

Keçən ilin sonu ilə müqayisə

Ərzaq məhsulları, içkilər və tütün

4,8%

0,2%

3,3%

Təzə qida

1,2%

-0,4%

-1,0%

Qida və spirtsiz içkilər

8,2%

0,8%

6,9%

Alkoqol və tütün məmulatları

5,5%

0,2%

5,5%

Kateqoriyalar üzrə orta illik qiymət dəyişikliyi tempi

Veysəloğlu Şirkətlər Qrupunun missiyası cəmiyyəti təmiz, sağlam, münasib qiymət və keyfiyyətə gündəlik istehlak malları ilə təmin etməkdir. Təqdim olunan pərakəndə satış indeksi göstəricilərinə əsasən aydın olur ki, Şirkətlər Qrupu bazarda münasib və maksimum sabit qiymət siyasəti aparmaqla öz missiyasına xidmət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR