Veysəloğlu Şirkətlər Qrupu oktyabr ayı üzrə Pərakəndə İndeksini açıqlayıb®

Veysəloğlu Şirkətlər Qrupu oktyabr ayı üzrə Pərakəndə İndeksini açıqlayıb®
# 15 noyabr 2021 16:21 (UTC +04:00)

Oktyabr ayı üzrə “Veysəloğlu Pərakəndə İndeksi” 105,0% təşkil edir

Veysəloğlu Şirkətlər Qrupu müştərilərinin ən çox satın aldığı 4317 adda məhsulu nəzərə alaraq hazırladığı pərakəndə satış indeksini hər ay ictimaiyyət və maliyyə qurumları ilə paylaşır.

Bu siyahıya təzə qida (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları), qida və spirtsiz içkilər, həmçinin spirtli içkilər və tütün məmulatları daxildir.

Veysəloğlu indeksi orta illik qiymət dəyişikliyi tempi

Ortaillik göstəriciyə əsasən oktyabr ayı üzrə qiymətlərdə 5% artım olub.

2021-ci ilin oktyabr ayında “Veysəloğlu Pərakəndə İndeksi”nə daxil edilən məhsulların qiymətində 2020-ci ilin oktyabr ayına nisbətən 10,1% artım olub. Qeyd edək ki, 2021-ci ilin oktyabr ayında təzə qida məhsullarının (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları) qiymətində 2020-ci ilin oktyabr ayına nisbətən 10,9%, qida və spirtsiz içkilərdə 10,8%, alkoqol və tütün məmulatlarında isə 5,8% artım müşahidə edilib.

Kateqoriyalar

12 ay öncə ilə müqayisə

Keçən ayla müqayisə

Keçən ilin sonu ilə müqayisə

Ərzaq məhsulları, içkilər və tütün

110,1

102,0

108,7

Təzə qida

110,9

103,0

108,3

Qida və spirtsiz içkilər

110,8

101,5

110,1

Alkoqol və tütün məmulatları

105,8

100,2

106,2

Kateqoriyalar üzrə orta illik qiymət dəyişikliyi tempi

27 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu topdansatış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir. Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR