Vüqar Gülməmmədov Hesablama Palatasının əsas strateji hədəflərini açıqlayıb

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov

© APA | Hesablama Palatasının sədri Vüqar Gülməmmədov

# 28 iyul 2021 17:18 (UTC +04:00)

“Kadr potensialının gücləndirilməsi, İKT-nin geniş tətbiqi, hesabatların keyfiyyətinin artırılması, yeni audit metodlarının istifadə edilməsi Azərbaycan Hesablama Palatasının qarşısında duran əsas strateji hədəflərdir”.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Dünya Bankının Azərbaycanın da daxil olduğu yeni hesabatını şərh edərkən bildirib.

Onun sözlərinə görə, 2021-2025-ci illərdə əhatə edən Strateji plan və bu planın reallaşdırılması üçün tədbirlər planı artıq hazırlanıb: "Qeyd edim ki, IDI-in dəstəyi ilə aparılmış Fəaliyyətin Qiymətləndirilməsi Çərçivəsində əsaslandırılıb. Bu istiqamətdə də fəaliyyətimiz uğurlu olub, IDI və xarici həmkarlarla təcrübə mübadiləsi gözəl nəticələrə gətirib çıxarıb".

Dünya Bankı ilə məhsuldar, müvəffəqiyyətli əməkdaşlığın olduğunu deyən V. Gülməmmədov bildirib ki, bu, CAPSAP proqramı çərçivəsində baş verib: “Qeyd edim ki , Hesablama Palatasının fəaliyyətini tənzimləyən yeni Qanunun ilkin layihəsi də birgə həyata keçirdiyimiz layihə çərçivəsində hazırlanıb. Eyni zamanda, 2012-2014-cü illəri əhatə edən layihədə Hesablama Palatası fəaliyyət göstəriciləri auditinin təməlini mənimsəyib", - deyə sədr bildirib.

V. Gülməmmədov əlavə edib ki, qazanılan bacarıqların daha da inkişaf etdirilməsi məqsədilə yeni qanun qəbul edilənədək hər il bu istiqamətdə pilotlar icra edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR