Yanvar-mayda 339 investisiya layihəsi üzrə 25 mln. manata yaxın güzəştli kredit verilib

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 07 iyul 2021 12:01 (UTC +04:00)

Sahibkarlığın İnkişafı Fondundan (SİF) ayrılan güzəştli kreditlərin 95,7%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür.

"APA-Economics" xəbər verir ki bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

O əlavə edib ki, 2021-ci ilin yanvar-may ayları ərzində 339 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,9 mln. manat güzəştli kredit verilib.

"Bu kreditlər hesabına 770-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur", - nazir qeyd edib.

Nazir əlavə edib ki, yanvar-may ayları ərzində SİF xətti ilə verilən güzəştli kreditlərin 79%-i regionlarda, 21%-i isə Bakı şəhəri və ətraf qəsəbələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşür. Bu kreditlərin 37,6%-i sənaye məhsullarının istehsalı və emalı, 53,7%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 8,7%-i isə digər sahələrin inkişafına yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR