Yaponiya sosial-iqtisadi dəstəyə 265 mlrd. dollardan çox vəsait ayıracaq

Yaponiya sosial-iqtisadi dəstəyə 265 mlrd. dollardan çox vəsait ayıracaq
# 08 noyabr 2021 10:12 (UTC +04:00)

Yaponiya hökuməti koronavirusun yayılmasından zərər çəkmiş ölkə iqtisadiyyatına və əhaliyə maliyyə dəstəyi çərçivəsində 30 trln. yen (265 mlrd. ABŞ dollarından çox) məbləğində əlavə tədbirlər paketini qəbul etməyi planlaşdırır.

"APA-Economics"in məlumatına görə, bu barədə "Kyodo" agentliyi yazır.

Qeyd olunur ki, bura əsasən 18 yaşınadək olan hər bir uşağa ödəniləcək 100 min yen (təxminən 880 dollar) məbləğində birdəfəlik yardım daxildir. Bu qərarın rəsmi olaraq noyabrın 19-da elan ediləcəyi gözlənilir. Daha əvvəl bildirilib ki, birdəfəlik ödənişlər gəlir səviyyəsindən asılı olmayaraq bütün uşaqlı ailələrə ödəniləcək.

Hökumət həmçinin, hər bir ölkə sakininə 30 min yen (265 dollar) məbləğində balların verilməsi imkanını nəzərdən keçirir. Söhbət dövlət identifikasiya nömrələri sistemindən gedir ki, bu sistemdə müxtəlif mal və xidmətlərə görə ödəniş etmək mümkündür.

Ötən il hər bir Yaponiya sakini və ölkədə yaşayan hər bir əcnəbi pandemiya dövründə əhaliyə dəstək çərçivəsində 100 min yen məbləğində (880 dollar) birdəfəlik yardım alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR