Yaponiyada 20 ildən sonra 500 yen nominalında yeni sikkə dövriyyəyə buraxılıb

Yaponiyada 20 ildən sonra 500 yen nominalında yeni sikkə dövriyyəyə buraxılıb
# 01 noyabr 2021 10:00 (UTC +04:00)

Yaponiya Mərkəzi Bankı bazar ertəsi 500 yen (4,4 ABŞ dolları) nominalında yeni sikkələrin buraxılışına başlayıb.

"APA-Economics"in məlumatına görə, bu barədə bankın açıqlamasında deyilir.

Sikkənin dizaynı 21 il əvvəl tədavülə buraxılan əvvəlki sikkə ilə müqayisədə bir qədər dəyişib. Hazırkı sikkə iki rəngdə buraxılır və oyulmuş kənarlara malikdir. Qeyd olunur ki, bu, saxtakarlığın qarşısını almaq məqsədi ilə edilib.

Maliyyə ilinin sonuna qədər (2022-ci ilin mart ayında başa çatır) 5 mlrd. yen (43,7 mln. dollar) dəyərində təxminən 200 mln. yeni sikkənin buraxılacağı planlaşdırılır. Buna baxmayaraq, köhnə sikkələr dövriyyədən çıxarılmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR