Yaşıl Kart Sistemi çərçivəsində bu il sığorta ödənişləri kəskin azalıb - CƏDVƏL

Yaşıl Kart Sistemi çərçivəsində bu il sığorta ödənişləri kəskin azalıb - CƏDVƏL
# 26 iyul 2021 11:56 (UTC +04:00)

2021-ci ilin yanvar-iyun ayları ərzində Yaşıl Kart Sistemi çərçivəsində 100 yol nəqliyyat hadisəsinə görə 258 696,47 manat sığorta ödənişi həyata keçirilib.

İcbari Sığorta Bürosundan "APA-Economics"ə verilən məlumata görə, ödənişlərin həcmi illik müqayisədə 48,1%, hadisələrin sayı isə 48,2% azalıb.

Qeyd edək ki, hadisələrin önəmli hissəsi 2020 və 2021-ci ilin ilk 6 ayında Rusiya və Türkiyə Respublikasında baş verib.

Ölkələr üzrə hadisələrin sayı və sığorta ödənişləri (manatla):

Ölkələr

Yanvar-iyun, 2021

Yanvar-iyun, 2020

Hadisə sayı

Sığorta ödənişi

Hadisə sayı

Sığorta ödənişi

Rusiya

49

123 118,22

141

325 628,17

Türkiyə

44

112 213,09

47

157 813,92

Digər

7

23 365,16

5

14 910,92

Cəmi

100

258 696,47

193

498 353,01

Ölkələr və nəqliyyat vasitəsi növləri üzrə hadisələrin sayı:

Ölkələr

NV növü

Yanvar-İyun, 2021

Yanvar-İyun, 2020

Yük

Minik

Avtobus

Cəmi

Yük

Minik

Avtobus

Cəmi

Rusiya

38

11

-

49

78

61

2

141

Türkiyə

32

12

-

44

32

15

-

47

Digər

6

1

-

7

5

-

-

5

Qeyd edək ki, 2020-2021-ci illərin ilk 6 aylıq dövrünə əsasən xarici ölkələrdə baş vermiş hadisələr üzrə zərərlilik nisbətləri ciddi fərqlilik göstərir. İSB-nin məlumatına görə, 2020-ci ilin ilk yarısında toplanan sığorta haqlarının 47%-i həcmində sığorta ödənişi verilib, 2021-ci ilin müvafiq dövründə isə bu nisbət 21% olaraq ortaya çıxıb. Zərərlilik nisbətinin azalmasının əsas səbəbi Yaşıl Kart müqaviləsi əldə edən yük avtomobillərinin sayının artması və minik avtomobillərinin sayının azalması ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR