Yeni il ərəfəsində "BirKart" sahibləri üçün kampaniyaya start verilib ®

Yeni il ərəfəsində "BirKart" sahibləri üçün kampaniyaya start verilib ®
# 06 dekabr 2021 12:21 (UTC +04:00)

“BirKart” taksit kart sahiblərinə Yeni ilin gəlişi münasibətilə yeni kampaniya təqdim edilir.

“Kapital Bank”dan “APA-Economics”ə verilən məlumata görə, bütün “BirKart” sahibi olan müştərilər partnyor mağazalarında 50 manatdan yuxarı istənilən taksit ödənişləri etdikdə (ninja əməliyyatlarına şamil edilmir) əlavə qazanc əldə edə biləcəklər.

6 yanvar 2022-ci il tarixinədək davam edəcək aksiya müddətində gün ərzində hər 20-ci taksit əməliyyatı edən “BirKart” sahibi avtomatik olaraq 22 manat hədiyyə qazanır. Hədiyyə edilən məbləğ 3 iş günü ərzində kartın hesabına mədaxil ediləcək. Hər müştəri kampaniya ərzində 2 dəfə 22 manat (toplam 44 manat) qazana bilər. Ətraflı məlumat üçün – https://kbl.az/bk2022pr.

Qeyd edək ki, “BirKart”ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. “BirKart” bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan keşbek və Umico bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. “BirKart”ın ölkə üzrə 8000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 50) 999 81 96 nömrəsinə WhatsApp vasitəsilə, həmçinin BirKart mərkəzlərinə müraciət etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR