Yeni ştammın yayılması fonunda almaz 10%-dək bahalaşıb

Yeni ştammın yayılması fonunda almaz 10%-dək bahalaşıb
# 29 noyabr 2021 15:27 (UTC +04:00)

COVID-19 virusunun yeni "Omikron" ştammının yayılması fonunda "De Beers" beynəlxalq korporasiyasının əsas yataqlarının yerləşdiyi Cənubi Afrika və Botsvanada tədarük problemləri səbəbindən almaz xammalı son bir neçə gündə 5-10% bahalaşıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Hindistanın "Economic Times" nəşri yazır.

Qeyd olunur ki, artan almaz qiymətləri, mümkün təchizat məhdudiyyətləri ilə birlikdə, ABŞ, Çin və Yaxın Şərqdən cilalanmış almaz sifarişləri alan Surat və Mumbaydan olan emalçılar arasında narahatlıq yaradıb.

Hindistanlı emalçılar almazları yüksək qiymətə almaq məcburiyyətində qalmamaq üçün ehtiyatları qoruyub saxlamağa başlayıb.

Xatırladaq ki, qiymətli daşlar və zərgərlik məmulatları Hindistanın ikinci ən böyük ixracatını, almaz isə bu həcmin 63%-dən çoxunu təşkil edir. Dünyada 15 almazdan 14-nü məhz Hindistanda emal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR