Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin təyinatı dəyişir

Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin təyinatı dəyişir
# 01 noyabr 2021 19:14 (UTC +04:00)

Yerli əhəmiyyətli tikinti materialları bələdiyyə vergilərinin vergitutma obyekti siyahısından çıxarılır.

APA-nın məlumatına görə, bu, Milli Məclisin Regional məsələlər komitəsinin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisi dövlət vergilərinə aid ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR