ABŞ-ın ÜDM-i 6,4% artıb

ABŞ-ın ÜDM-i 6,4% artıb
# 30 aprel 2021 17:05 (UTC +04:00)

ABŞ-ın ÜDM-i bu ilin I rübündə illik ifadədə 6,4% artıb. 2020-ci ilin IV rübündə ÜDM-in artım tempi 4,3%-ə bərabər idi.

APA-Economics”in məlumatına görə, bu barədə ABŞ-ın Ticarət Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunub ki, koronavirus pandemiyası zamanı qoyulan məhdudiyyətlərin ləğvi, Amerika əhalisinin peyvənd edilməsi və hökumətin dəstək proqramları ABŞ iqtisadiyyatının böyüməsinə müsbət təsir göstərib.

ABŞ ÜDM-nin 2/3 hissəsini təşkil edən istehlak xərcləri 2020-ci ilin dördüncü rübündəki 2,3%-ə qarşı cari ilin I rübündə 10,7% artıb.

Şirkətlərin əsas kapitala yatırımları 10,1%, dövlət xərcləri 6,3% artıb.

İdxal 5,7% artıb, ixrac 1,1% azalıb.

Mütəxəssislər ABŞ-da ÜDM-nin 2021-ci ildə 6-7% artacağını gözləyirlər. Eyni zamanda, böyümə II rübdə 8,2%-dək sürətlənəcək və ilin ikinci yarısında sabitləşəcək.

Xatırladaq ki, cari ilin I rübü üzrə ABŞ-ın ÜDM-i ilə bağlı yenilənmiş məlumatlar mayın 27-də, son məlumatlar isə iyunun 24-də dərc olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR