ABŞ-ın ticarət balansının kəsiri avqustda 6%-dək artıb

ABŞ-ın ticarət balansının kəsiri avqustda 6%-dək artıb
# 06 oktyabr 2020 17:00 (UTC +04:00)

ABŞ-ın ticarət balansının kəsiri avqust ayında iyul göstəricisinə nisbətən 3,7 mlrd. dollar və ya 5,9% artaraq 67,1 mlrd. dollara çatıb.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Ticarət Nazirliyinin İqtisadi Analiz Bürosunun açıqlamasında deyilir.

Bundan öncə analitiklər ABŞ-ın ticarət balansının kəsirinin avqustda 66,1 mlrd. dollara yüksələcəyini proqnozlaşdırırdı. İyul ayının göstəricisi 63,6 mlrd. dollardan 63,37 mlrd. dollara korrektə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR