ADIF "Atabank" və "Amrahbank"ın ləğvedicisi təyin edilib

ADIF "Atabank" və "Amrahbank"ın ləğvedicisi təyin edilib
# 01 may 2020 14:25 (UTC +04:00)

Bakı Apelyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)-129/2020 saylı qərarı ilə “Atabank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb.

Əmanətlərin Sığortalanması Fondundan (ADIF) “APA-Economics”ə verilən məlumat görə, Bakı Apelyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)-130/2020 saylı qərarı ilə “Amrahbank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb.

Məhkəmə qərarlarına əsasən, ADIF “Atabank” ASC və “Amrahbank” ASC-nin ləğvedicisi təyin edilib.

Qeyd edək ki, Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar olaraq 30 iyul 2007-ci il tarixdə 2 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Atabank” ASC və 30 iyul 2007-ci il tarixdə 26 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Amrahbank” ASC 1 may 2020-ci il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq ADIF-ə üzv bankların reyestrindən çıxarılıb və banklara verilmiş şəhadətnamə ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR