ADIF-də yeni təyinatlar olub - FOTO

ADIF-də yeni təyinatlar olub - FOTO
# 06 noyabr 2020 10:52 (UTC +04:00)

Akşın Cahangirov Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun strateji inkişaf və beynəlxalq əlaqələr üzrə müşaviri vəzifəsinə təyin edilib.

Bu barədə "APA-Economics"ə ADIF-dən bildirilib.

Qeyd olunub ki, A. Cahangirov 1995-2001-ci illərdə indiki Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat və maliyyə təhlili ixtisasını bakalavr və magistr dərəcələri üzrə fərqlənmə diplomu ilə bitirib.

O, daha əvvəl həm özəl, həm də dövlət təşkilatlarında rəhbər vəzifələrini tutub. Belə ki, “Azsığorta”, “Bakı Sığorta”, “Ata Sığorta” kimi özəl şirkətlərdə və həmçinin, qiymətli kağızlar bazarının mərkəzi institutu olan Milli Depozit Mərkəzində, Maliyyə Bazarlarına Nəzarət Palatası PHŞ qeyri-həyat sığortasına nəzarət idarəsində və son təyinata qədər isə “Günay Sığorta”da rəhbər vəzifələrdə çalışıb.

Bundan başqa, Fondunun Maliyyə departamentinin direktoru vəzifəsinə Elnur Rzayev təyin edilib.

Elnur Rzayev bundan əvvəl, 2018-2020-ci illərdə “Aztexnika” MMC-də icraçı direktorun müavini – Maliyyə departamentinin direktoru vəzifəsində, 2020-ci ilin aprel ayından son təyinata qədər isə “Azsığorta”da daxili audit xidmətinin rəhbəri vəzifəsində çalışıb. O, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin İqtisadi kibernetika ixtisasını bitirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR