ADIF və ləğvetmədə olan banklar üzrə vətəndaş qəbulu məhdudlaşdırılır

ADIF və ləğvetmədə olan banklar üzrə vətəndaş qəbulu məhdudlaşdırılır
# 17 mart 2020 15:56 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondu və Fondun (ADIF) ləğvetməsində olan banklar üzrə vətəndaş qəbulu 2020-ci il martın 17-dən 29-dək məhdudlaşdırır.

"APA-Economics"ə bu barədə Fondan bildirilib ki, bu, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə Təlimatını, habelə Ümumdünya Səhiyyə Təşkilatının insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsini nəzərə almaqla həyata keçirilib.

Bu dövr ərzində vətəndaş müraciətləri elektron formatda egov.az "Elektron Hökumət" portalı vasitəsilə adif.az saytı üzərindən və [email protected] email ünvanı vasitəsilə (şəxsiyyəti təsdiq edən sənədin sürəti əlavə edilməklə) qəbul olunacaq.

Vətəndaşlar "941" qısa nömrə və (994 12) 596-65-91, (994 12) 596-65-92, (994 12) 596-65- 93 telefon nömrələri vasitəsilə zəruri məlumatları ala bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR